27.02.2015

Əsrin faciəsi

Xocalı faciəsi məktəbdənkənar müəssisələrdə də yad edilmişdir. Şagirdlər arasında mövzuya aid rəsm sərgiləri, inşa müsabiqələri təşkil edilmiş, qətliama həsr edilmiş şeir və səhnəciklər hazırlanmışdır.

Bütün bunlar bir daha təsdiqləyir ki, Xocalı Azərbaycan xalqının qan yaddaşıdır və bu faciə heç vaxt unutulmayacaq.

 

25 fevral tarixində 26 nömrəli  Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzi və 297 nömrəli tam orta məktəbin birgə təşkil etdiyi "Xocalı qisasa səsləyir bizi" adlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır.

Tədbirdə şagirdlərin ifasında Xocalı  soyqırımına həsr olunmuş şeirlər, tamaşalar və musiqilər səsləndirilmişdir.

Sonda 26 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin direktoru Ziyad Nəbiyev və 297 nömrəli tam orta məktəbin direktoru Fazil Məmmədov çıxış etmiş, təcavüzkar ermənilərin vəhşiliklərindən, tarix boyu apardıqları mənfur siyasətlərindən bəhs etmiş, işğal olunmuş torpaqlarımızın düşmən tapdağından tezliklə azad ediləcəyinə inandıqlarını bildirmişlər.

 

****

 

31 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində 25 fevral  tarixində  “Xocalı  faciəsini  unutma”  adlı ədəbi-bədii kompozisiya keçirilmişdir. Təbirdə dərnək rəhbərləri dərnək üzvləri və valideynlər iştirak etmişlər. ”Təsviri incəsənət” studiyasının üzvləri Xocalı  faciəsinə həsr olunmuş  sərgi təşkil etmiş, “Musiqisevərlər”  dərnəyinin və  « Applikasiya və dekorativ rəsm» dərnəyinin üzvləri tədbirdə öz çıxşları ilə fərqlənmişdir.

Tədbirdə şagirdlərin ifasında əsrin faciəsinə həsr edilən şeirlər də dinlənilmişdir.

Ayağa qalx Azərbaycan!

İndi hünər vaxtı  qeyrət dəmidir.

Ayağa qalx! 

Gündən-günə ucalan nalələrə əlac et!

Tökülən göz yaşlarını sil!

 İtirilən torpaqlarımızı qaytar! 

Qaytar Vətən borcunu! 

Qaytar Ana borcunu !

 

***

26 fevral tarixində 36 nömrəli Texniki Yaradıcılıq Mərkəzində “Əsrin faciəsi” mövzusunda dəyirmi masa keçirilmiş və faciəni əks etdirən güşə hazırlanmışdır. Dəyirmi masada mərkəzin rəhbərliyi ilə birgə həm dərnək üzvlərinin bir hissəsi, həm də bəzi valideynlər iştirak etmişlər.

Mərkəzin direktoru faciə ilə bağlı iştirakçılara ətraflı məlumat vermişdir.

Tədbirdə iştirakçılar da  faciə haqqında öz fikirlərini söyləmiş, faciə qurbanları ürək ağrısı ilə yad edilmişdir.

 

****

Ç.F. Mustafayev adına 25 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi uşaq və gənclərin bilik və bacarıqlarının yüksəldilməsi, istedadlarının inkişafı ilə yanaşı mərkəzin dərnək üzvlərinin vətəni sevən əsil azərbaycanlı balaları kimi formalaşmaları üçün müntəzəm olaraq vətənpərvərlik istiqamətli tədbirlər təşkil olunur. Azərbaycan xalqının yaddaşına yazılmış şərəfli tariximizin uşaqlara öyrədilməsi yaradıcılıq mərkəzinin əsas məqsədidir.

Azərbaycanın qəhrəmanlıq dolu şanlı tarixi günləri, qan yaddaşına yazılmış faciələri  hər zaman  yad olunur, bu tarixi günlər mərkəzdə əzəmət və vüqarla xatırlanır.

Belə ki, Azərbaycan xalqının qəlbini sarsıtmış Xocalı faciəsi hər il olduğu kimi bu ildə yüksək səviyyədə yad edilir. Ay ərzində mərkəzin dərnəklərində Xocalı faciəsinin törədilmə səbəblərinə həsr olunmuş ”Xocalı soyqırımının  həqiqətləri” adlı söhbətlər aparılırmışdır. Dərnək üzvləri arasında rəsm müsabiqəsi keçirilmiş, 16 fevral “Külə dönmüş kənd ” adlı rəsm sərgisi təşkil edilmişdir. 18 fevral Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz xidmətləri olan milli qəhrəmanımız Çingiz Mustafayevin həyatına , onun Qarabağ həqiqətlərinin lentə alınmasında əvəzsiz xidmətləri haqqında slayd hazırlanmış, məktəblilərə, dərnək üzvlərinə nümayiş etdirilmişdir. 15-25 fevralda mərkəzin “Bədii yaradıcılıq “ istiqamətli dərnəklərində  “Xocalı qan yaddaşımız” adlı ədəbi – bədii kompozisiyalar təşkil edilmişdir. Kompozisiyada “Dram sənəti ”, “Bədii qiraət ” , “Nağıl və debat ” dərnəklərini üzvləri öz ifa və çıxışları  ilə bu faciənin hər bir kəsin ən ağrılı yarası olduğunu çatdırmışlar. 23 fevral Xocalı faciəsinin törədilməsinin 23 illiyi ilə əlaqədar olaraq mərkəzin keçirdiyi “Azərbaycanın müstəqillik qazanmasında şəhid olan oğul və qızlarımızın şücaət dolu həyat yolu” mövzusunda tədbir keçirilmişdir . Mərkəzin dərnək üzvləri, pedaqoji kollektiv Şəhidlər Xiyabanını  ziyarət etmişlər.

***

28 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin nağıl və debat dərnək üzvlərinin 25 fevral  tarixində 181 nömrəli məktəbdə Xocalı soyqırımı mövzusunda tədbir keçirmişdir.

Tədbirdə Xocalı soyqırmı ilə bağlı ədəbi – bədii kompozisiyalar təşkil edilmişdir

Tədbirdə çıxışçılar xalqımızın başına gətirilən faciələrdən söz açaraq Azərbaycan dövlətinin öz varlığını artıq sübut etdiyini və dünyanın bütün azərbaycanlılarının qələbə gününü qeyd edəcəklərinə inandığını vurğulamışlar. Xocalı soyqırımı ilə bağlı fikirlərini şagirdlərlə bölüşən qonaqlar onları torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizəyə səsləmişlər. Şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hislərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərdə, kompozisiyalarda ifadə etmişlər.

 

***

 

26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı soyqırımının 23-cü il dönümü ilə əlaqədar 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi 168 nömrəli tam orta məktəbdə dərnək üzvlərinin əl işlərindən ibarət sərgi və bu faciəni əks etdirən səhnəciklər nümayiş etdirmiş, şeirlər söyləmişlər.

Sərgidə “Təsviri incəsənət studiyası”, “Gənc tərtibatçı rəssamlar”, “Bacarıqlı əllər”, “Texniki estetika” dərnəklərinin əl işləri nümayiş olunmuşdur.

Tədbirdə qonaq qismində iştirak edən Pirallahı rayon İcra Hakimiyyətinin müavini Vəzir Səfixanov tədbir iştirakçıları ilə birgə sərgiyə baxmış,  sərgi  haqqında fikirlərini  dərnək üzvləri ilə bölüşmüşdür.

Tədbir “Dram”  və “Bədii qiraət” dərnəklərinin üzvlərinin hazırladıqları bədii hissə ilə davam etdirilmişdir.

 ***

 

45 nömrəli Şagirdlərin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində “Uşaq və müharibə” mövzusunda rəsm sərgisi keçirilmiş, 26 fevralda ilk məşğələ saatı Xocalı soyqırımına həsr olunmuş və “Ana harayı” abidəsinə dərnək üzvlərinin ziyarəti təşkil olunmuşdur.

 

***

Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar 41 nömrəli Texniki Yaradıcılıq Mərkəzində də “Lay-lay Xocalım!” adlı tədbir keçirilmişdir.

Tədbirin açılışında Xocalı faciəsində törədilən vəhşilikləri əks etdirən videoçarx nümayiş etdirilmiş,  Xocalıda qətlə yetirilənlərin ruhu bir dəqiqəlik sükutla yad eedilmişdir.

Xocalı qətliamına həsr olunmuş tədbirdə mərkəzin direktoru Əliyeva Aynur Xocalı faciəsi haqqında çıxış etmişdir. O, öz çıxışında  erməni vəhşiliklərindən bəhs etmiş, qisasımızın yerdə qalmayacağını qeyd edərək Milli Ordumuzun gücünə inandığını bildirmişdir. Tədbirdə şagirdlərin ifasında əsrin faciəsinə həsr edilən şeirlər də dinlənilmiş, Xocalı faciəsinə aid rəsmləri nümayiş etdirilmişdir.

 

 

***

 

30 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi Sabunçu rayonunun bir neçə məktəbində “Xocalı faciəsi”nin  23-cü il dönümünə həsr olunmuş tədbirlər keçirmişdir.

96 nömrəli orta məktəbdə “Debat” dərnəyinin üzvləri Xocalı faciəsinə həsr olunmuş  “Çünki Türksən” adlı tədbir keçirilmişdir.

310 nömrəli orta məktəbdə “Uşaq xoru “ dərnəyinin üzvləri “Şəhid Xocalı, Şahid Xocalı” adlı ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.

309 nömrəli orta məktəbdə “ Bacarıqlı əllər “ dərnəyinin üzvləri Xocalı faciəsinə həsr olunmuş “Eşitdiklərimiz, düşündüklərimiz,çəkdiklərimiz”  adlı tədbir təşkil etmişdir.

O cümlədən, 21 nömrəli  Uşaq Yaradıcılıq Mərkəzi, 34 nömrəli  Texniki Yaradıcılıq Mərkəzi , Yeniyetmələrin  22 nömrəli  Yaradıcılıq  Mərkəzi və 40 nömrəli  Texniki  Yaradıcılıq Mərkəzində də Xocalı faciəsinə hərs olunmuş tədbirlər keçirilmişdir.