03.03.2015

Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçirilmişdir

27 fevral 2015- ci il tarixində 34 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Bakı Ali Neft Məktəbinin birgə hazırladığı Bakı şəhər məktəbdənkənar təhsil müəsisələrinin dərnək üzvləri arasında “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin şəhər mərhələsi  keçirilmişdir.

Tədbir Ali Neft Məktəbində məktəbin rektoru Elmar Qasımovun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərovun, İdarənin məktəbdənkənar təhsil Sektorunun müdiri Afiq Əzizovun və məktəbdənkənar təhsil müəsisələrin direktorları, komanda rəhbərləri, dərnək üzvlərinin iştirakı ilə baş tutmuşdur.

Tədbirdə Məktəbin rektoru və BŞTİ-dən gələn qonaqlar çıxış etmişlər.

Müsabiqənin şəhər mərhələsinə 26 komanda - 20,21, 24, 27, 28, 29, 30, 31, 32, 33 nömrəli Uşaq Yaradıcılıq Mərkəzləri , 22, 23 nömrəli Yeniyetmələrin Yaradıcılıq Mərkəzləri, 26 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzi, 34, 35, 36, 37, 38, 40, 41 nömrəli Texniki Yaradıcılıq Mərkəzləri, 42 nömrəli Gənc Turistlər və Diyarşünaslıq  Mərkəzi, 43, 45 nömrəli ŞagirdlərinEkoloji Tərbiyə və Təcrübəçilik Mərkəzləri, 44 nömrəli Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, 46 və 48 nömrəli Məktəbdənkənar tərbiyə işi  Mərkəzləriiştirak etmişdir.

İştirakçılar 1 saat vaxt ərzində tədris proqramlarına uyğun olaraq keçdikləri mövzular üzrə kimya elminə aid 25 sualdan ibarət test və 5 məsələnin həllini yerinə yetirmişlər.

Yekun mərhələdə 33 xalla Bakı şəhəri 42 nömrəli Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin komanda üzvləri (Çingiz Qarayev, Emil Nağızadə, Murad Kərimov)  I yerə, 32 xalla 36 nömrəli Texniki Yaradıcılıq  Mərkəzinin komanda üzvləri ( Elvin İdrisli, Orxan Zeynallı, Tacəddin Salamov) II yerə və 31 xalla 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin komanda üzvləri (Rüstəm Allahverənli, Kərim Kərimov, Nurlan Bünyatov) III yerə layiq görülmüşdür.

Müsabiqədə 5 komanda - 30, 27 nömrəli UYM-lər, 23 nömrəli YYM, 43 nömrəli ŞETM, 46 nömrəli MTİM 30 xal və 34 nömrəli TYM, 21,24,33 nömrəli UYM-nin komandaları isə 29 xalla uğurlu nəticələr əldə etmişlər.

Sonda I, II, III yerlərə layiq görülən  dərnək üzvləri  Bakı Ali Neft Məktəbinin diplomları, pul mükafatı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin diplomları ilə təltif olunmuş, müsabiqəyə qatılan digər 78 nəfər iştirakçıya isə  Bakı Ali Neft Məktəbinin setifikatları verilmişdir.