12.03.2015

5 nömrəli məktəbdə şagirdlərlə maarifləndirici görüş keçirilib

Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə martın 11-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yuxarı sinif şagirdləri ilə maarifləndirici görüş keçirilmişdir.

Görüşdə iştirak edən mütəxəssislər Elnarə Əliyeva və Məryəm Məmmədhəsənzadə şagirdlər qarşısında 3 mövzu ilə çıxış etmişlər. ”İqlimin dəyişməsi və insan sağlamlığı üçün təhlükəli 10 fakt”, “Xəstəliklərin profilaktikası üçün sağlam  ətraf mühit haqqında 10 fakt”, “Siqaretin zərərləri, həqiqi təhlükələr-təhlükəli həqiqətlər!” mövzularında olan mühazirələr şagirdlərlə qarşılıqlı müzakirə şəraitində baş tutmuşdur.

Görüş diskussiya şəklində davam etmişdir. Mütəxəssislər şagirdləri maraqlandıran sualları cavablandırmış, onlara maarifləndirici məlumatlar vermişlər. Sonda şagirdlərə mövzu ilə bağlı buklet və digər materiallar paylanmışdır.