13.03.2015

"Bəxtiyar Vahabzadə-90"

Martın 3-də 46 nömrəli tam orta məktəbdə  dahi şairimiz Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə əlaqədar olaraq "Bəxtiyar Vahabzadə-90" adlı tədbir keçirilmişdir. Tədbir 4-cü sinif şagirdləri tərəfindən hazırlanmışdır.
Tədbirdə məktəb rəhbərliyi və pedaqoji heyətlə yanaşı Bakı Şəhər Baş Təhsil İdarəsinin nümayəndəsi Böyükağa Əhmədov və valideynlər  iştirak etmişdir. 
Şairin həyat və yaradıcılığına həsr edilmiş tədbirdə B.Vahabzadənin həyat yoluna işıq salan videorolik nümayiş etdirilmişdir.
Şagirdlərin Bəxtiyar Vahabzadə yaradıcılığına aid hazırladıqları səhnəcik və şeir kompozisiyaları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.