16.03.2015

XXVII SPARTAKİADANIN BASKETBOL ÜZRƏ YARIŞI BAŞA ÇATDI

17 - 23 fevral  tarixlərində Nərimanov rayonu ərazisində yerləşən 45 nömrəli tam orta məktəbdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVII spartakiadanın proqramına daxil olan oğlanlar arasında basketbol növü üzrə yarış keçirilmişdir. Yarışın nəticəsinə görə I yeri Nəsimi rayonu Bakı Anadolu Türk Liseyinin komandası, II yeri Sabunçu rayonu 169 nömrəli tam orta məktəbin komandası, III yeri Yasamal rayonu 18 nömrəli tam orta məktəbin komandası, IV yeri Xətai rayonu 17 nömrəli tam orta məktəbin komandası, V yeri Səbail rayonu 236 nömrəli tam orta məktəbin komandası, VI yeri Nərimanov rayonu Məktəb Lisey Kompleksinin komandası, VII yeri Qaradağ rayonu 233 nömrəli tam orta məktəbin komandası, VIII yeri Suraxanı rayonu 282 nömrəli tam orta məktəbin komandası, IX yeri Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin komandası, X yeri Xəzər rayonu 117 nömrəli tam orta məktəbin komandası və XI yeri Nizami rayonunun komandası tutmuşlar.
XXVII spartakiadanın dama, şahmat, stolüstü tennis, basketbol (qızlar) və basketbol (oğlanlar) növləri üzrə yarışlarından sonra Nərimanov rayonu 17 xalla I yeri, Sabunçu rayonu 19 xalla II yeri, Səbail rayonu 22 xalla III yeri, Xətai rayonu 27 xalla IV yeri, Nəsimi rayonu 28 xalla V yeri, Xəzər rayonu 30 xalla VI yeri, Yasamal rayonu 33 xalla VII yeri, Suraxanı rayonu 34 xalla VIII yeri, Qaradağ rayonu 39 xalla IX yeri, Binəqədi rayonu 46 xalla X yeri və Nizami rayonu 54 xalla XI yeri tutmuşlar.

Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Qaliblərimizi təbrik edirik!