31.03.2015

Bu həftəki səyyar qəbulların yeri və tarixi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

Qeyd edək ki, növbəti səyyar qəbullar aprelin 3 – ü Pirallahı və Xəzər rayonlarında keçiriləcək. Pirallahı rayonu üzrə 168 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 131, 168, 186, 235, 243nömrəli məktəblər və 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

Xəzər rayonu üzrə 156 nömrəli məktəbdə  keçiriləcək səyyar qəbula isə 3 nömrəli sanatoriya,  26, 33, 92, 117, 119, 120, 121, 122, 123, 124, 125, 136, 149, 156, 181, 183, 185, 206, 216, 218, 230, 231, 234, 237, 241, 256, 262, 322, 323, 324, 326 nömrəli məktəblər və 16 nömrəli Uşaq - Gənclər İdman Məktəbi, 28 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi, 38 nömrəli  Texniki Yaradıcılıq Mərkəzi və 43 nömrəli Şagird Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

Səyyar qəbullar saat 10:00 – da Pirallahı rayonu, saat 14:00 – da isə Xəzər rayonunda başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.