03.04.2015

60 nömrəli tam orta məktəbdə siniflərarası cüdo idman növü üzrə yarış keçirilmişdir

2 aprel 2014-cü il tarixində 60 nömrəli tam orta məktəbdə 31 Mart soyqrımı və Kəlbəcər rayonunun işğalının 22-ci il dönümü ilə əlaqədar siniflərarası cüdo idman növü üzrə yarış keçirilmişdir. Yarış 2, 3 və 6-cı sinif şagirdləri arasında 24 və 34 kq çəki dərəcələrində keçirilmişdir. Qaliblər  medal və diplomlarla təltif olunmuşdur. Yarış məktəbin fiziki tərbiyə müəllimi Ələkbərov Müşfiq tərəfindən idarə olunmuşdur.

Nəzərinizə çatdıraq ki, 60 nömrəli məktəbdə  siniflərarası cüdo idman növü üzrə keçirilmiş yarışda  24 kq çəki dərəcəsində 2c sinfindən Qarayev İmran  Namiq  oğlu I yer, 3b sinfindən Əzimli Samir Şahin oğlu II yer, 2n sinfindən isə İbrahimli Ağalar Elçin oğlu və Tutayuk  Xaspolad  Fuad oğlu III yerə layiq görülmüşdür. 34 kq çəki dərəcəsində isə 6c sinfindən Məlikov Rəvan Camal oğlu I yer, 6a sinfindən Quliyev Nicat İmran oğlu II yer, 3a sinfindən Əliyev Eldar Suat oğlu isə III yerin qalibi olmuşdur.