07.04.2015

Redyard Kiplinqin 150 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

245 və 60  nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə dahi yazıçı Redyard Kiplinqin 150 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirin ərsəyə gəlməsində əsas məqsəd şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması və oxuya marağın artırılması, istedadlı şagirdlərin üzə çıxarılması və məktəblərarası dostluq əlaqələrinin möhkəmləndirilməsidir.

 Tədbir zamanı şagirdlər R.Kiplinqin həyat və yaradıcılığı ilə yaxından tanış olmuş  və “Mauqli”əsərinin əsasında 5 raunddan ibarət “Kim?Nə?Nə zaman?” bilik yarışmasında iştirak etmişlər. Həmçinin tədbirdə “Mauqli”, “Balu” mahnılarının sədaları altında rəqs və personajların geyimində parad təşkil olunmuşdur. 

Qeyd edək ki, keçirilən tədbir 245 nömrəli tam orta məktəbin müəllimi Ağayeva Məlahət və 60 nömrəli tam orta məktəbin müəllimi Miranova Rita tərəfindən hazırlanmışdır.

 Tədbirdə hər iki məktəbin valideynləri, müəllimləri və şagirdləri iştirak etmişdir.

Sonda isə  rəsm sərgisi təşkil olunmuş və  hər iki məktəbin şagirdləri birgə xatirə şəkli çəkdirmişdir.