10.04.2015

Nağıllar dünyası

Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası təhsil nazirinin əmrinin icrası ilə əlaqədar olaraq, “Nağıllar dünyası” adlı rəsm sərgisi keçirilmişdir. Sərgi kiçik yaşlı şagirdlərdə mütaliəyə həvəs yaratmaq məqsədilə onların Azərbaycan nağıl qəhrəmanlarının təsvir etdikləri illüstrasiya və şəkillərdən ibarət olmuşdur. Şagirdlər həmçinin, nağıl personajlarının maketlərini də hazırlamış və sərgiləmişlər. Sərgidə məktəblilər ən yaxşı nağıl qəhrəmanının maketinə və ən yaxşı rəsm əsərinə görə məktəbin direktoru S.M.Məmmədova tərəfindən diplomlarla təltif olunmuşlar.