14.04.2015

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Təhsil Nazirliyi məktəblilər arasında “Bu günün qənaəti sabahın təminatıdır” adlı müsabiqə davam edir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Təhsil Nazirliyinin birgə təşəbbüsü, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu və FINCA Azərbaycan-ın dəstəyi ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bu günün qənaəti sabahın təminatıdır” adlı müsabiqəyə 18 mart 2015-ci il tarixdən start verilmişdir.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin pul yığımı və qənaətcilliklə bağlı şəxsi təcrübələrini əks etdirən qısametrajlı filmlərin hazırlanması və bu yolla maliyyə savadlılığının artırılması istiqamətində şagirdlər arasında maarifləndirmə işlərinin aparılmasıdır.

Müsabiqə “Şagirdin məqsədli qənaəti” nominasiyası üzrə www.musabiqe.edu.azsaytı vasitəsilə keçirilir. Tədbirin əhatəliliyinin artırılması məqsədilə hazırlanmış filmlərin təqdim olunmasının son tarixi 30 aprel 2015-ci il tarixinədək uzadılmışdır.

Müsabiqədə I, II və III yerləri tutan şagirdlərə netbuk, planşet, e-book reader təqdim ediləcək. Müsabiqədə fərqlənənlər tədbirin təşkilatçıları və sponsorları tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.