15.04.2015

Lisey və gimnaziyaların I sinfinə elektron qeydiyyat başa çatır

Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı 2015-ci il martın 5-dən başlayaraq aparılır. Proses sentyabrın 15-dək davam edəcəkdir.

Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat isə martın 15-dən etibarən həyata keçirilir.

Qeyd edək ki, elektron qeydiyyat bu gün (15 aprel) 00:00-da başa çatacaqdır.

Seçim üçün müsabiqələr (imtahanlar) aprel-may aylarında həyata keçiriləcəkdir. Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər.