20.04.2015

Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi

 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi”  ilə əlaqədar  Fəaliyyət planında  muzeylərə, tarixi əhəmiyyətli yerlərə ekskursiyaların təşkil olunması nəzərdə tutulmuşdur. Bununla bağlı olaraq   Bakı  şəhəri  28 nömrəli Uşaq Yaradıcılıq  Mərkəzinin dərnək üzvləri , valideyin və müəllim kollektivi  aprelin 12-də  "Qobustan  Dövlət–Tarix  Bədii Qoruğu" na ekskursiya etmişdir.

Ekskursiya zamanı Qobustan qoruğunda 1000 qaya üzərində, 6000- dan artıq qayaüstü təsvir, 40-dan çox kurqan və 20-ə yaxın qədim yaşayış məskəni 105000 maddi mədəniyyət əşyaları dərnək üzvlərinin marağına səbəb olmuşdur.

Qeyd edək ki, 28 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin pedaqoji kollektivi və valideyin komitəsinin  fəal  üzvləri  uşaqların asudə vaxtlarının səmərəli təşkili və inkişafının dəstəklənməsi sahəsində silsilə tədbirləri davam etdirməkdədir.