21.04.2015

Əməklə biz seçilək – xeyirxah işlər görək!

Aprelin 15-də Bakı şəhəri 8 nömrəli tam orta məktəbdə “Əməklə biz seçilək – xeyirxah işlər görək!” devizi altında “Əmək yarmarkası” keçirilmişdir.

V-VIII sinif şagirdləri öz hazırladıqları qida məhsullarını yarmarkaya çıxarmışlar.

“Kiçik iş adamları” yarmarkada qida məhsullarının faydası haqqında məlumat verməklə yanaşı, onların satışını da təşkil etmişdir. Toplanan pul vəsaitinin uşaq evinə xərclənəcəyi nəzərdə tutulmuşdur. Növbəti həftə hədiyyələrin alışı və “Xeyriyyəçi iş adamları”nın uşaq evinə ziyarəti planlaşdırılmışdır.