21.04.2015

Binəqədi, Nəsimi və Yasamal rayonlarında səyyar qəbullar keçirilmişdir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

Qeyd edək ki, növbəti səyyar qəbullar aprelin 16 – sı Binəqədi, aprelin 17 –si isə Nəsimi və Yasamal rayonlarında keçirilmişdir.Binəqədi rayonu üzrə 314 nömrəli məktəbdə keçirilmiş səyyar qəbulda  3, 30, 83, 99, 100, 102, 103, 115, 126, 135, 143, 144, 157, 179, 182, 205, 217, 244, 246, 248, 267, 276, 283, 284, 297, 298, 299, 300, 301, 306, 313, 314 nömrəli məktəblər və 3 nömrəli Uşaq – Gənclər Şahmat İdman Məktəbi, 14 nömrəli Uşaq – Gənclər İdman Məktəbi, 26 nömrəli  Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzi, 27 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi və 42 nömrəli Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin müəllim və valideynlərinin  müraciətləri dinlənilmişdir.      

Nəsimi rayonu üzrə 159 nömrəli məktəbdə  keçirilmiş səyyar qəbulda THL, 1, 5-292, 8, 9, 14, 16, 19, 28, 35, 42, 44, 46, 54, 111, 133, 151, 159, 164, 211, 240, 247, 266 nömrəli məktəblər və 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq – Gənclər  Şahmat – Dama İdman Məktəbi, 6 nömrəli Uşaq – Gənclər Güləş İdman Məktəbi, 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq – Gənclər İdman Məktəbi, 25 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi, 34 nömrəli Texniki Yaradıcılıq Mərkəzi, 37 nömrəli   Texniki Yaradıcılıq Mərkəzi, 46 nömrəli Məktəbdənkənar tərbiyə İşi Mərkəzinin müəllim və valideynlərinin  müraciətləri dinlənilmişdir.       

Yasamal rayonu üzrə 308 nömrəli məktəbdə  keçirilmiş səyyar qəbulda isə 13, 18, 20, 21, 31, 38, 52, 53, 60, 150, 153, 158, 161, 167, 173, 175, 176, 225, 286, 308 nömrəli məktəblər və 17 nömrəli Uşaq – Gənclər İdman Məktəbi, 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq – Gənclər İdman Məktəbi, 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq – Gənclər  Şahmat – Dama İdman Məktəbi, 24 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin müəllim və valideynlərinin  müraciətləri dinlənilmişdir.       

         Səyyar qəbullar saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Binəqədi və Yasamal rayonları  üzrə 7, Nəsimi rayonu üzrə isə 10 müraciət dinlənilmişdir.

Əsas müraciətlər birinci sinfə qəbul sistemi, mühafizə sisteminin təşkili, yeni korpusların tikilməsi və məktəblərin təmir edilməsi ilə bağlı olmuşdur.Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.