22.04.2015

Sağlam bədəndə sağlam ruh olar

Bakı şəhəri  47 nömrəli Məktəbdənkənar İş Mərkəzinin təşkilatçılığı ilə Sabunçu rayonu ərazisində yerləşən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Sağlam bədəndə sağlam ruh olar” adlı rəsm müsabiqəsi keçirilmişdir.

Cari ilin iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarına həsr olunmuş müsabiqə məktəblilər arasında sağlam həyat tərzinin təbliğ edilməsi və onların asudə vaxtlarının səmərəli təşkili məqsədini daşıyır.

Müsabiqə bir həftə ərzində (10-17 aprel 2015-ci tarixlərdə) keçirilmiş, Təşkilat Komitəsinə müxtəlif təhsil müəssisələrindən 150-yə yaxın rəsm işi təqdim edilmişdir. Münsiflər heyəti 8 ən yaxşı rəsm işini seçərək yüksək qiymətləndirmişdir.

Qalib rəsmlərin müəllifləri Lamiyə Əliyeva, Arif  Əzimov, Roza Ömərova, Bəyaz Baxşəlizadə, Aişə Haqverdiyeva, Aysel İbrahimova, Nuranə Xəlilzadə  və Aysel Rüstəmova  münsiflər heyətinin qərarına əsasən  47 nömrəli Məktəbdənkənar İş Mərkəzinin  diplomları ilə təltif edilmişlər.