24.04.2015

Gənc həmvətənlilərin I Dünya Oyunları

 

Rusiyanın   Soçi   şəhərində  2015 –  ci  il aprel ayında keçirilən   Gənc  həmvətənlilərin   I   Dünya  Oyunlarında  şahmat  idman növü üzrə Respublikamızı  Bakı şəhəri  2 nömrəli  Uşaq-Gənclər İdman  Məktəbinin gənc şahmatçıları  Andrey  Mustafin,  Kənan   Qarayev ,  Əhməd   Əhmədzadə , Aytac  Heydərova  və  komandanın  məşqçisi  Ələkbər  Məmmədov    təmsil   etmişlər .

İsveçrə sistemi ilə keçirilən və 11 turdan ibarət olan yarışlarda 26 ölkədən ümumilikdə  23 qız, 67   oğlan  şahmatçı  iştirak  etmişdir.

Yarışın yekun mərhələsində əsasən  FİDE  ustalarından  ibarət   olan  Rusiya   yığmasından   sonra  Azərbaycan  komandası    30 .0  xal   toplayaraq   komandalar   arasında    fəxri II yerə layiq görülərək  kubok ,  medal   və   diplomla   təltif   olunmuşdur.

Bakı  şəhəri   2 № - li  Uşaq - Gənclər  Şahmat  İdman  Məktəbinin  yeniyetmə   şahmatçısı   Aytac  Heydərova  -  8. 0  xal  toplayaraq qızlar  arasında  keçirilən   şəxsi   yarışlarda    III   yeri   tutmuş ,   bürünc  medala  və  diploma  layiq görülmüşdür.

Onu  da qeyd  etmək  lazımdır  ki,  Azərbaycanı  təmsil  edən  2 № - li  Uşaq - Gənclər  Şahmat  İdman  Məktəbinin    yetirmələri   bu   yarışın   ən  gənc   şahmatçıları  olmuşlar.