27.04.2015

Beynəlxalq “ Yer günü” nə həsr olunmuş dəyirmi masa

 

Bakı şəhəri üzrə Təhsil İdarəsinin “Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar 2015-ci il üçün fəaliyyət planı”na əsasən  məktəblilərin ekoloji biliklərlə daha çox məlumatlandırılması məqsədilə   Bakı şəhəri 27 №- li Uşaq Yaradıcılıq Mərkəzində “Yer günü” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

Mikroərazidə yerləşən orta məktəb şagirdlərinin iştirakı ilə keçirilən dəyirmi masada Uşaq Yaradıcılıq Mərkəzinin şöbə müdiri Həqiqət Bayramova mövzu haqqında şagirdlərə ətraflı məlumat vermiş, tərtibatçı Zəhra Ələkbərova və metodist Elnarə Rzayeva tərəfindən hazırlanmış ekoloji reklam çarxı nümayiş etdirilmişdir. Reklam çarxında ətrafımızda baş verən qlobal ekoloji problemlər açıqlanmış və onların həlli yollarından bəhs edilmişdir.

Dəyirmi masada şagirdlərdən Naidə Qurbanova, Emin Bağırlı,  Hüseyn Abdullayev,  Ayan Yunuszadə, Eyvaz Qafarov, Aytən Ağayeva,  Zəhra Əliyeva,  Abbas Məmmədli və başqaları ölkəmizin müasir ekoloji durumu, ekoloji problemləri yaradan səbəblər və bu problemlərin aradan qaldırılma yolları haqqında aparılan diskussiyalarda fəal iştirak etmişlər.

 Dəyirmi masanın sonunda Mərkəzin direktoru Hacı Şükürov tədbirin əhəmiyyətindən bəhs etmiş, mövzu ətrafında diskussiyalarda fəal iştirak edən şagirdlərə pedaqoji kollektiv adından təşəkkürünü bildirmişdir.