27.04.2015

31 №li məktəbdə B. Vahabzadənin 90 illik yubileyi qeyd edilib

 

31 nömrəli tam orta  məktəbdə Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə B.Vahabzadənin həyat və yaradıcılığından söhbət açılıb, vətənpərvər şairin əsərləri əsasında hazırlanmış səhnəciklər nümayiş etdirilib. Şagirdlərdən Aydan, Aytac, Solmaz, Anar, Riad şairin şeirlərini səsləndirib.

Azəbaycan dili və ədəbiyyat müəllimi Tamilla Məmmədova, məktəbin direktoru Kərim Abidi şairin yaradıcılığı, həyatı barədə şagirdlərə məıumat verərək bu kimi tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər.