28.04.2015

Heydər Əliyevin 92 - ci ildönümünə həsr olunmuş idman yarışı keçirilib

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana dəstəyi, qayğısı , idmançılarımıza etimadı  Pirallahı rayon məktəblilərində də idmana marağı artırır .

Belə ki,  Pirallahı rayon məktəbliləri idmanın müxtəlif növündə öz qüvvələrini sınayır və uğurlar əldə edirlər. Rayon məktəbliləri arasında mütəmadi olaraq idman yarışları təşkil edilir.

Pirallahı məktəbliləri arasında  növbəti idman yarışı keçirilib. Futbol üzrə keçirilən rayon birinciliyi Ümummilli lider Heydər Əliyevin  92 - ci ildönümünə  həsr olunub. İdman yarışı 186 №-li tam orta məktəbin idman meydançasında keçirilib. Yarışlarda Bakı şəhərində yerləşən 186, 235, 243, 168 və 231 №-li tam orta məktəblərin futbol komandaları öz qüvvələrini sınayıblar.

Olimpiya sistemi üzrə keçirilən yarışların nəticələrinə görə I yerə 186 №-li tam orta məktəbin idman komandası layiq görülüb. 186 №-li tam orta məktəbin idman müəllimi Mübariz Xudaverdiyevi və futbol komandasının bütün üzvlərini təbrik edir, uğurlar arzulayırıq.