28.04.2015

111 nömrəli məktəbdə nəğməkar şair Vahid Əzizlə görüş keçirilib

 

Aprelin 16-da 111 nömrəli tam orta məktəbdə müəllim və şagird kollektivi nəğməkar şair Vahid Əzizlə görüş keçirib. Tədbirdə İncəsənət Universitetinin dossenti,  aktrisa Zülfiyyə Eldarqızı da qonaq qismində iştirak edib. Şairlə keçirilən görüş yüksək səviyyədə təşkil edilib. Şagirdlər şairin şeirlərini , onun şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər. Tədbirin sonunda öz ürək sözlərini demək üçün Vahid Əzizə söz verilib. Vahid Əziz səmimi görüşə görə məktəb kollektivinə minnətdarlığını bildirib.

Şair bu vaxta qədər çox görüşlərdə iştirak etdiyini və yalnız şagirdlərlə görüşün təəssüratlarından kövrəldiyini etiraf edərək bu görüşdən böyük zövq aldığını qeyd edib.