29.04.2015

“Milli-Mənəvi İrsimiz Bizim Tariximizdir!”

 

Aprelin 25-də 29 nömrəliUşaq Yaradıcılıq Mərkəzində Pirallahı rayon məktəbliləri arasında “Milli-Mənəvi İrsimiz-Bizim Tariximizdir!” diyarşünaslıq olimpiadasının rayon mərhələsi keçirilib.

Gələcək nəsildə tariximizə , milli-mənəvi dəyərlərimizə, milli adət-ənənələrimizə, folklorumuza, incəsənətimizə sevgi, maraq hissi aşılamaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan olimpiadanın rayon mərhələsində Pirallahı rayonunda fəaliyyət göstərən 231 , 168 , 235 , 243 və 186 №-li tam orta məktəblərin IX , X , XI sinif şagirdləri iştirak etmişdir. Diyarşünaslıq olimpiadasının rayon mərhələsinin qalibi 186 №-li tam orta məktəbin komandası olmuşdur.  

I yerə layiq görülən XI a sinif şagirdi Əsgərov Şahin İlham oğlu , X b sinif şagirdi Fərruxova Nazxanım Rövşən qızı , IX b sinif şagirdi Baxşəliyeva Nigar İlham qızı 29 saylı Uşaq Yaradıcılıq  Mərkəzinin direktor əvəzi Sevda xanım Bəşirova tərəfindən fəxri fərmanla təltif edilmişlər. Qalibləri təbrik edirik.