29.04.2015

Qarabağ tarixi: əsl həqiqət və erməni yalanı

 

Nəsimi rayonundakı M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə “Qarabağ  tarixi: əsl  həqiqət və erməni yalanı”  adlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları, qonaqlar müqəddəs torpaqlarımız uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

 

Məktəbin direktoru Akif  Əliyev tədbiri açıq elan etmiş və öz çıxışında söyləmişdir ki,  milli-tarixi facilərimizin qan yaddaşımızda möhkəmlənməsi, unudulmaması üçün aparılan işlər ziyalılarımızın mənəvi borcudur. O, Amerika tədqiqatçısı  Səmuyel A.Uimzin yazdığı “Ermənistan-terrorçu “xristian” ölkənin gizlinləri” kitabından  “ermənilər doğum günündən başlayaraq türklərə və müsəlmanlara  nifrət hissi ilə tərbiyə olunur” fikrini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Sonra məktəbin tarix müəllimi Bəkir İsgəndərov Qarabağın tarixi ilə bağlı geniş məruzə ilə çıxış etmişdir.

Sinif rəhbərləri Samirə Hüseynova və  Arzu Pirinin təşkilatçılığı məktəbin V və VI  sinif şagirdləri müxtəlif dillərdə Qarabağa həsr edilmiş şeirlər söyləmiş, mahnılar ifa etmiş və  əsərlərdən səhnəciklər nümayiş etdirmişlər.

Tədbir şagirdlərin ifasında “Qarabağ şikəstəsi”nin səslənməsi ilə yekunlaşmışdır.