30.04.2015

Narkomaniyaya yox deyək!

 

Bakı şəhəri Saleh Poladi adına  159 nömrəli tam orta məktəbdə aprel ayının 27-də “Narkomaniyaya yox deyək” devizi altında geniş tədbir keçirilib. Tədbir biologiya müəllimləri İsmixanova Səbirə və Bağırova Sabirə tərəfindən hazırlanmışdır. Tədbirdə müəllimlər, valideynlər və şagirdlər iştirak edib.

Tədbirdə sonu tezliklə ölümlə nəticələnən narkotik vasitələrə aludəçiliyin təhlükəsinin ciddiliyi barədə şagirdlərə geniş şəkildə məlumat verilib.                   

Eyni zamanda narkomaniyaya aid videoçarx nümayiş etdirilib. Filmdə narkotik maddələrin insan həyatına vurduğu ziyanlar, xəstələrin necə ağır vəziyyətlərə düşməsi, narkotik maddə istifadəçilərinin etdikləri əməllərdən peşmançılıqları və etirafları yer alıb.

Tədbirin sonunda  məktəbin direktoru söz alaraq belə tədbirlərin tez-tez keçirilməsini qeyd etdi.

 

***

 

Aprelin 29-da Bakı şəhəri Ə.Abbasov adına 257 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2013-cü il tarixli 2966 №-li  sərəncamı ilə təsdiq olunmuş “2013-2018-ci illər üçün narkomaniyaya qarşı mübarizə ilə əlaqədar Dövlət Proqram”ına uyğun olaraq geniş tədbir keçirilib.

Tədbirdə Xətai rayon Polis İdarəsinin rəisi Muradəli Babayev, 36-cı Polis bölməsinin əməkdaşları, Respublika Narkoloji Dispanserinin və Respublika QİÇLS-lə Mübarizə Mərkəzinin nümayəndələri iştirak ediblər.

“Narkomaniyaya yox deyək” başlığı altında altında keçirilmiş tədbirdə narkotik vasitələrin insan həyatına vurduğu ziyandan söz açılıb, şagirdlərə bu məsələlərdə təkcə valideynlərinin deyil, özlərinin ayıq-sayıq olmaqları tövsiyə edilib.