01.05.2015

Spartadan xoş xatirələr

 

Ç.F.Mustafayev adına 25№-li Uşaq və Gənclər  Yaradıcılıq   Mərkəzinin rəqs kollektivi 2015 – ci il aprel ayı tarixində Türkiyə Cümhuriyyətinin Sparta bələdiyyəsi tərəfindən “23 Nisan Çocuk Festivalı”nda iştirak etmək üçün dəvət almışdır. Mərkəzin 19 dərnək üzvü və 4 rəhbər heyəti 20 – 27 aprel tarixlərində  Türkiyə Cümhuriyyətinin Sparta şəhərinin Eğirdır bələdiyyəsi tərəfindən keçirilən “23 Nisan Çocuk Festivalı”nda iştirak edərək Azərbaycanı təmsil etmişlər.

Festival zamanı kollektiv rəngarəng  rəqs nömrələri  və şeirlərlə çıxış edərək zəngin konsert proqramı ilə spartalıların yaddaşında iz buraxmışdır. Mərkəzin proqramı çərçivəsində Azərbaycan milli rəqsləri - “Qıtqılı”, “Naz eləmə”, “Can Azərbaycan”, “Azərbaycan suitası” nümayiş etdirilmiş, Azərbaycan – Türkiyə şeiri tamaşaçıların rəğbətini qazanmışdır.

Sparta  şəhər valisi və Eğirdır bələdiyyə başkanı  ilə nümayəndə heyətimizin görüşləri təşkil olunmuşdur. Görüş zamanı kollektivimiz Azərbaycanı təmsil edən müxtəlif süvenir və hədiyyələr təqdim etmişlər.

Festival zamanı uşaqlar Sparta bələdiyyəsi tərəfindən təşkil olunmuş ekskursiya gəzintilərdə də iştirak etmiş, Spartanın görməli və tarixi yerləri ilə tanış olmuşlar.

Festivalın sonunda Egirdır bələdiyyəsi festival iştirakçıları üçün qala konsert təşkil etmişdir.

Mərkəzin kollektivi Egirdırın bölgələrində və məktəblərində konsert proqramı ilə çıxış edərək Azərbaycan folklor və mədəniyyətini türk xalqını ilə tanış etmişlər. İştirakçılarımız uğurlu çıxışları  münasibətilə Eğirdır Bələdiyyəsi tərəfindən “Uluslararası Eğirdır Çocuk Halk Oyunları Festivalı iştirakçısı ” sertifikatı ilə təltif olunmuşlar