02.05.2015

Bəxtiyar Vahabzadə-90

 

Aprelin 27-də Nəsimi rayonundakı Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə Azərbaycan şeirini vətənpərvərlik, vətəndaşlıq ruhu ilə zənginləşdirən xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının  90 illiyinə həsr edilmiş   “Bəxtiyar Vahabzadə-90”  adlı tədbir keçirilmişdir. Məktəbin akt zalında keçirilən tədbirdə məktəbin şagirdləri, müəllimlər və valideynlər iştirak etmişdir.

Məktəbin direktoru Akif  Əliyev tədbiri öz çıxışı ilə açıq elan edərək xalqımızın  azadlığı, müstəqilliyi  uğrunda  həm canıyla, həm də əsərləri ilə  vuruşmuş  xalq şairinin  zəngin  sənət irsindən söhbət açmışdır.

Tədbirdə məktəbin müəllimləri  Çimnaz Mirzəyeva, Səadət Aslanova və məktəbin kitabxana müdiri  Sevinc Hüseynovanın  rəhbərliyi ilə şagirdlərin hazırladıqları səhnəciklər nümayiş etdirilmiş,  B. Vahabzadənin şeirləri və onun şeirlərinə yazılmış mahnılar səsləndirilmişdir.

Tədbirin sonunda fərqlənən şagirdlərə  tərifnamələr verilmişdir.