05.05.2015

Azərbaycan – yurdum mənim

 

Bakı şəhəri 33 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi  aprelin 23-də 166 saylı məktəb-liseyinin akt zalında “Azərbaycan – yurdum mənim” adlı bədii-musiqili gecə keçirilmişdir.

Tədbirdə ecazkar bir diyardan- Azərbaycandan, onun təkrarsız təbiətindən, çoxəsrlik mədəniyyətindən,tarixindən, bu diyarın qədim sakinlərindən, onların həyatından, müxtəlif mədəniyyətlərə və sivilizasiyalara məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrindən  söhbət açılmışdır.

“Azərbaycan – yurdum mənim” bədii-musiqili gecədə 33 №-li Uşaq Yaradıcılıq Mərkəzinin “Bədii qiraət”, “Dram”, “Məktəb teatrı”, “Musiqisevərlər” dərnəklərinin dərnək rəhbərləri və üzvləri fəal iştirak etmişlər.

“Azərbaycan –yurdum mənim” bədii-musiqili gecəyə  Qaradağ rayonundakı bir sıra məktəblərin müəllimləri və şagirdləri,  33 №-li UYM-nin dərnək üzvlərinin valideynləri  dəvət olunmuşdur.  

Tədbirin sonunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev və Qaradağ rayonu üzrə İcra Hakimiyyəti Aparatının ictimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yusif  Nəsibov çıxış edərək uşaqları uğurlu çıxışları ilə əlaqədar təbrik etmişlər.