05.05.2015

XXVII SPARTAKİADANIN MİNİ - FUTBOL ÜZRƏ YARIŞI BAŞA ÇATIB

 

Mayın 1-də Nərimanov rayonu ərazisində yerləşən Məktəb Lisey Kompleksinin mini-futbol meydançasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVII spartakiadanın proqramına daxil olan mini - futbol növü üzrə yarışın final oyunları keçirilmişdir. 2003-2004-cü il təvəllüdlü uşaqlar arasında keçirilən yarışın nəticəsinə görə I yeri Xətai rayonu Heydər Əliyev adına Liseyin komandası, II yeri Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin komandası, III yeri Sabunçu rayonu 80 nömrəli tam orta məktəbin komandası, IV yeri Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin komandası, V yeri Nərimanov rayonu 82 nömrəli tam orta məktəbin komandası, VI yeri Səbail rayonu 189 - 190 nömrəli tam orta məktəbin komandası, VII yeri Yasamal rayonu 13 nömrəli tam orta məktəbin komandası, VIII – XI yerləri Suraxanı, Nəsimi, Xəzər və Nizami rayonlarının komandaları tutmuşlar.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, XXVII spartakiadanın baş hakimi Ağayev Adil, Baş İdarənin baş məsləhətçisi, XXVII spartakiadanın baş hakimin müavini Əbdülov Salman, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Valentina Sultanova,  XXVII spartakiadanın baş katibi Sultanova Valentina və digər rəsmi şəxslər qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.

Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
XXVII spartakiadanın dama, şahmat, stolüstü tennis, basketbol (qızlar), basketbol (oğlanlar), voleybol (qızlar), voleybol (oğlanlar), dördnövçülük (qızlar), dördnövçülük (oğlanlar) və mini-futbol növləri üzrə yarışlarından sonra Nərimanov rayonu 34 xalla I yeri, Xətai rayonu 36 xalla II yeri, Sabunçu rayonu 41 xalla III yeri, Səbail rayonu 48 xalla IV yeri, Qaradağ rayonu 65 xalla V yeri, Suraxanı rayonu 66 xalla VI yeri, Yasamal rayonu 69 xalla VII yeri, Binəqədi rayonu 73 xalla VIII yeri, Nəsimi rayonu 83 xalla IX yeri, Xəzər rayonu 100 xalla X yeri və Nizami rayonu 124 xalla XI yeri tutub.
Qaliblərimizi təbrik edirik !