05.05.2015

“Sevin Azərbaycanı” adlı bədii qiraət müsabiqəsi keçirilib

 

Aprelin 28-də  Bakı şəhəri 21 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə 82 nömrəli tam orta məktəbdə  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş “Sevin Azərbaycanı” adlı bədii qiraət müsabiqəsi keçirilib.

Tədbirdə Yaradıcılıq Mərkəzinin dərnək rəhbərləri və dərnək üzvləri ilə yanaşı rayon məktəbliləri iştirak edib.

Bədii qiraət müsabiqəsi   öz istedad, qabiliyyət və yaradıcılıq potensialını üzə çıxartmaq üçün məktəblərə şərait yaradılıb. Müsabiqədə məktəblilər Ulu Öndərə, Azərbaycana, vətənə, xalqa həsr olunmuş şeirləri böyük həvəs və istedadla ifa  ediblər.

21 nömrəli Uşaq Yaradıcılıq Mərkəzlərinin bədii qiraət, məktəb teatrı və 82 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimlərindən ibarət münsiflər heyətinin üzvlərinin qərarına görə müsabiqədə xüsusi istedadı ilə seçilən uşaqlardan Lətifə Niftəliyeva  I yerə, Tomris Nəbili  II yerə, Əlizadə Nicat  III yerə layiq görülüb, 6 nəfər şagird isə fəal iştirakına görə diplomlarla təltif olunublar.