07.05.2015

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müsabiqə keçirir

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumtəhsil məktəblərində daimi əsaslarla işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı 2 mərhələli (1-ci mərhələ ixtisas üzrə test tapşırıqlarının cavablandırılması, 2-ci mərhələ müsahibə) müsabiqə keçirir.

Bildiririk ki, müsabiqədə iştirakla  bağlı qeydiyyat mayın 1-dən etibarən yekunlaşmışdır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində daimi əsaslarla işləyən müəllimlərin yerdəyişməsi ilə əlaqədar  müsabiqənin I mərhələsi (test tapşırıqlarının cavablandırılması) 10.05.2015-ci il tarixdə keçiriləcəkdir. Müsabiqə ilə bağlı ərizə vermiş müəllimlər aşağıda qeyd edilən cədvəllər üzrə göstərilən saatda Azərbaycan Dövlət İqtisad Universitetinin II Tədris binasında (Həsən Əliyev 135, Gənclik korpusu) olmalıdırlar.

Qeyd edək ki, müsabiqəyə gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir. Şəxsiyyət vəsiqəsinin əslini təqdim etməyənlər müsabiqəyə buraxılmayacaqdır.

 

Əlaqə nömrələri :

 (012) 441-63-02

 (055)  336-36-39

 

Saat 08.30 - da qeydiyyatdan keçəcək müəllimlərin siyahısı                  Saat 10.00 –da qeydiyyatdan keçəcək müəllimlərin siyahısı