08.05.2015

Xəzər dənizi sahilində ekoloji aksiya

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “Xəzər dənizi sahilinin məişət tullantılarından təmizlənməsi - sağlam mühit, sağlam uşaqlar mövzusunda təbliğat və təşviqatın aparılması” layihəsi çərçivəsində “Təmizlik aksiyası”  keçirilmişdir.

Layihənin  rəhbəri  “Eko- Aləm”  İctimai  Birliyinin dəstəyi ilə Xəzər dənizinin Şüvəlan qəsəbəsi sahilində çimərlik ərazisində keçirilən aksiyada Bakının 123 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, 43, 44 və 45 nömrəli Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzlərinin nümayəndələri iştirak etmişlər.        

Layihə çərçivəsində hazırlanmış   "Dünyanın tullantı problemi" adlı bukletlər  uşaqlara paylanmış, əhalinin ekoloji maarifləndirilməsi  məqsədilə "ƏTRAF MÜHİTİ QORU! TOPLA, TƏMİZLƏ, TULLANTILARI AZALT! adlı posterlər  məktəblilər tərəfindən dəniz sahilində fəaliyyət göstərən müəssisələrin divarlarından asılmış, sahilyanı  ərazi məişət tullantılarından təmizlənmişdir.