08.05.2015

“Sülhə gəlin ey insanlar!..” adlı ədəbi-bədii gecə keçirilib

 

Aprelin 24-də 201 nömrəli tam orta məktəbdə Sülhə gəlin ey insanlar!..” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə Nizami rayonu İcra  başçısı  Tahir  Budaqov  və İcra Hakimiyyətin digər nümayəndələri, Millət vəkili  Rasim  Musabəyov ,  Müharibə veteranları , KİV nümayəndələri, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak edib.

Tədbir  iştirakçıları  əvvəlcə  Böyük  Vətən müharibəsinə həsr edilmiş sərgi ilə tanış olublar. Sərgidə müharibəyə aid sənədlər, sovet  İttifaqı  qəhrəmanları, veteranlara   aid  sənədlər və medallar, müharibədə  həlak olanların  xatirəsinə ucaldılmış abidələrin fotoları  nümayiş edilib.

Bundan başqa, sərgidə məktəbin “ Palitra rəsm”  studiyasının üzvlərinin Böyük Vətən müharibəsinə həsr edilmiş 70-dən çox rəsmləri nümayiş etdirilib.

Sonra  məktəbin  şagirdləri   “ Sülhə  gəlin  ey  insanlar !..”   mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Sonda qonaqlar  və veteranlar çıxış edərək tədbir haqqında fikirlərini bildiriblər. Onlar tədbirin yüksək səviyyədə təşkil olunduğuna görə bütün müəllim və şagird kollektivinə təşəkkür ediblər.