09.05.2015

Bu gün təhsil müəssisələrində iməcilik keçirilir

 

9 may “Qələbə günü” və 10 may Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar respublikamızın hər yerində davamlı tədbirlər həyata keçirilir.

Silsilə tədbirlərin davamı olaraq, Təhsil Nazirliyi tərəfindən 9 may tarixində təhsil müəssisələrində iməcilik keçirilməsi tövsiyə edilmişdir.

Bu səbəbdən, bu gün Bakı şəhərində yerləşən bütün təhsil müəssisələrində iməcilik keçirilmişdir. Təhsil müəssisələrində təmizlik işləri aparılmış, gül kolları, ağaclar əkilmiş, hasarlar rənglənmiş və bu kimi digər abadlıq işləri görülmüşdür.

Eyni zamanda, Bakı Şəhəri üzrə Təhsil İdarəsində də abadlıq işləri aparılmış, həyətyanı ərazidə gül kolları əkilmişdir. İdarənin kollektivi də  müxtəlif məktəblərdə keçirilmiş iməciliklərdə yaxından iştirak etmişlər.