12.05.2015

7 ümumtəhsil müəssisəsində apelyasiya komissiyaları fəaliyyət göstərəcək

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2015-2016-cı dərs ili üçün I sinfə şagird qəbulu prosesində valideynlərlə (digər qanuni nümayəndələrlə) ümumtəhsil müəssisələrində şagird qəbulunu həyata keçirən işçi qruplar arasında yarana biləcək mübahisələri həll etmək üçün Bakı şəhərinin 7 təhsil müəssisəsində apelyasiya komissiyası yaradılmışdır.

 

Komissiyalar mayın 13-dən iyunun 12-nə və avqustun 12-dən sentyabrın 25-dək fəaliyyət göstərəcəkdir. Müraciətlərin qəbulu və baxılması hər həftənin III və V günləri saat 10:00-dan 16:00-dək həyata keçiriləcəkdir. Həmin gün iş günü olmayan bayram gününə təsadüf etdiyi halda qəbul bir gün əvvəl təşkil olunacaqdır.

 

 

Apelyasiya komissiyalarının fəaliyyət göstərəcəyi ünvanlar:

 

 

1.  Binəqədi-Nəsimi rayonları üzrə - Binəqədi rayonu 276 nömrəli tam orta məktəb (Naxçıvani küçəsi 38)

2.  Səbail-Yasamal rayonları üzrə - Səbail rayonu 2 nömrəli Texniki Humanitar Lisey (B. Sərdarov küçəsi 24)

3.  Nizami-Nərimanov rayonları üzrə - Nizami rayonu 32 nömrəli tam orta məktəb (Özbəkistan küçəsi 3)

4.  Qaradağ rayonu üzrə - Qaradağ rayonu 166 nömrəli tam orta məktəb (Lökbatan qəsəbəsi, Nizami küçəsi 4)

5.  Xəzər-Pirallahı rayonları üzrə - Xəzər rayonu 156 nömrəli tam orta məktəb (Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi 38)

6.  Suraxanı-Xətai rayonları üzrə - Xətai rayonu 95 nömrəli tam orta məktəb (Əhmədli qəsəbəsi, Q. Nəbi küçəsi 13)

7.  Sabunçu rayonu üzrə - 252 nömrəli tam orta məktəb (Bakıxanov qəsəbəsi, Gənclik küçəsi 31)

 

Apelyasiya komissiyalarının təşkili barədə əmr