12.05.2015

Məktəbdənkənar təhsil müəssisələrinin “Gül bayramı”

     

2004-cü ildən başlayaraq hər il 10 may tarixində Azərbaycanda Gül bayramı keçirilir. Əlamətdar gün artıq bir neçə ildir ki, doğma ölkəmizin hər bir guşəsində qeyd edilir. “Gül bayramı”  hər bir vətəndaşımızın qəlbində xoş ovqat yaradır, xalqının bu günü naminə həyatını sərf etmiş dahi şəxsiyyətin ruhuna minnətdarlıq hissi oyadır.

 Bu münasibətlə Bakı şəhəri üzrə məktəbdənkənar təhsil müəssisələri şəhərin müxtəlif  parklarında təşkil olunmuş  Gül bayramında iştirak etmişlər. Bu tədbirlərdə 20, 21, 23, 29 nömrəli  Uşaq Yaradıcılıq Mərkəzlərinin və 34, 38, 39, 40, 41 nömrəli Texniki Yaradıcılıq Mərkəzlərinin dərnək üzvlərinin hazırladıqları əl işləri nümayiş etdirilmişdir. 28, 33 nömrəli  Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvləri əl işləri ilə düzəldilmiş gül kostyumlarını da nümayiş etdirmişlər.

 Eyni zamanda  24, 27, 30 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin və 46 nömrəli Məktəbdənkənar  Tərbiyə İşi Mərkəzinin dərnək üzvləri konsert proqramı ilə çıxış etmişlər.