18.05.2015

276 №-li tam orta məktəbdə şair Taleh Həmidlə görüş keçirilib

 

Azərbaycan Respublikası təhsil nazirinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması” ilə bağlı imzaladığı əmrin icrası ilə bağlı Bakı şəhəri Binəqədi rayonu 276 №-li tam orta məktəbdə mayın 13-də Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist, dramaturq Taleh Həmidləgörüş keçirilmişdir.

 

Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Bakı Pedaqoji Kadrların Yenidənhazırlama və İxtisasartırma İnstitutunun prorektoru, əməkdar müəlim – Məhəmməd Bayramov,İrəvan Dövlət Dram Azərbaycan Teatrının  direktoru, əməkdar mədəniyyət işçisi – İftixar Piriyev, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist – Sabir Məmmədov, jurnalist-publisist – Ələsgər Qurbanlı, Regionların İnkişafı İctimai Birliyinin aparat rəhbəri – Yusif Əliyev, Akademik Milli Dram Teatrının aktrisası – Şəhla Əliqızı iştirak etmişlər.

276 №-li tam orta məktəbin direktoru, əməkdar müəllim Bəhram Şiriyev Taleh Həmidin həyat və yaradıcılığı haqqında çıxış edərək tədbiri açıq elan etmişdir. Sonra söz şair Taleh Həmidə verilmişdir.

Tədbir məktəb şagirdlərinin Taleh Həmidin əsərləri əsasında hazırladıqları kompozisiya və şairin əsərləri əsasında çəkilmiş videoroliklərlə davam etdirilmişdir.

Dəvət olunmuş qonaqlar xalq şairinin həyat və yaradıcılığı haqqında çıxış etmiş, eyni zamanda tədbirin təşkil olunmasını, məktəb şagirdlərinin tədbirə böyük həvəslə hazırlaşdıqlarını yüksək qiymətləndirmişlər.

Tədbirin sonunda Taleh Həmid məktəb kitabxanasına və şagirdlərə kitablarını hədiyyə etmişdir. Sonda qonaqlar və Taleh Həmidlə xatirə şəkilləri çəkdirilmişdir.