26.05.2015

Nizami və Səbail rayonlarında səyyar qəbullar keçirilmişdir

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

Qeyd edək ki, növbəti səyyar qəbullar mayın 22 – si Səbail, mayın 23 – ü isə Nizami rayonlarında keçirilmişdir. Səbail rayonu üzrə 162 nömrəli məktəbdə keçirilmiş səyyar qəbulda  2, 7, 49, 50, 51, 87 (axşam-qiyabi), 91, 160, 162, 163, 189-190, 203, 219, 236, 239, 329 nömrəli məktəblər və 2 nömrəli Uşaq – Gənclər Şahmat İdman Məktəbi, 9 nömrəli Uşaq - Gənclər İdman Məktəbi, 20 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi və 35 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin müəllim və valideynlərinin  müraciətləri dinlənilmişdir.      

Nizami rayonu üzrə 32 nömrəli məktəbdə keçirilmiş səyyar qəbulda isə 10, 12, 32, 61, 62, 70, 109, 129, 145, 201, 210, 214, 220, 227, 229, 238, 242, 250, 251, 272, 277, 312, 328 nömrəli məktəblər və 36 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin müəllim və valideynlərinin  müraciətləri dinlənilmişdir.       

Səyyar qəbullar saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Səbail rayonu üzrə 8, Nizami rayonu üzrə isə 3 müraciət dinlənilmişdir.

Əsas müraciətlər birinci sinfə qəbul sistemi, mühafizə sisteminin təşkili və məktəblərin təmir edilməsi ilə bağlı olmuşdur.Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.