26.05.2015

Bədii özfəaliyyət kollektivlərinin baxış konserti

 

Təhsil Nazirliyinin Bakı şəhərində fəaliyyət göstərən uşaq yaradıcılıq mərkəzlərinin bədii özfəaliyyət kollektivlərinin baxış konserti keçirilib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən konsertdə 30 nümunəvi çıxış nümayiş olunub.

Konsertin keçirilməsində məqsəd uşaqların asudə vaxtının səmərəli təşkilində, onların istedadlarının üzə çıxarılmasında xüsusi rolu olan uşaq yaradıcılıq mərkəzlərinin gördüyü işlər haqqında hesabat vermək, istedadlı uşaqların həmin mərkəzlərə cəlb edilməsinə stimul yaratmaqdan ibarətdir.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov və Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Yol Polisi İdarəsinin nümayəndələri iştirak ediblər.

Konsertdə iştirak edən 300 nəfərdən çox uşağın biri-birindən maraqlı çıxışları qonaqların marağına səbəb olub.