05.06.2015

Məktəblərdə fəaliyyət göstərən işçi qruplarına sənəd qəbulunun vaxtı uzadıldı

 
Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün elektron ərizələrlə qeydiyyatdan keçən valideynlərin (digər qanuni nümayəndələr) məktəblərdə fəaliyyət göstərən işçi qruplarına sənəd qəbulu iyunun 15-dək uzadılıb. 
 
İyunun 15-dən etibarən 1 sinfə şagird qəbuluna görə elektron müraciət ünvanlayacaq valideynlər isə  (və qanuni nümayəndələr) sənədlərini avqustun 15-dən sentyabrın 15-dək məktəblərdə yaradılmış işçi qruplarına təqdim edə biləcəklər.