22.09.2015

Beynəlxalq Sülh Günü Bakı şəhərinin təhsil müəssisələrində qeyd edilib

     

BMT və YUNESKO tərəfindən elan olunmuş  21 sentyabr - Beynəlxalq Sülh Günü bütün dünyada olduğu kimi Respublikamızda da böyük sevgi və həvəslə qeyd olunur. Bu münasibətlə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə hər il 21 avqust- 21-sentyabr  tarixlərində ölkə ərazisində “Sülh aylığı” keçirilir.

Bununla əlaqədar,  Bakı  Şəhəri üzrə Təhsil İdarəsinin təşkilati dəstəyi  ilə  “Sülh aylığı” çərçivəsindətəhsil müəssisələrində bir - birindən maraqlı, rəngarəng tədbirlər təşkil edilib.

“Sülh göyərçinim”, “Sülh mədəniyyəti və insan hüquqları”, “Sülh və dialoq”,  “Mütləq Dünya Sülhünü yaşatmalıyıq”,  “Sülh dünyanın səadət  və firavanlıq rəmzidir”, “Azərbaycan ədəbiyyatında sülh mövzusu”, “Azərbaycan sülh tərəfdarıdır”,  “Uşaqlar sülh istəyir”,  “Yurdda sülh, cahanda sülh”,  “Sülh içində yaşayaq”,  “Sülh sənin, mənim, hamımız üçün”,  “Göyərçinim –sülh quşum”,  “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü”, “Mən Sülhə səs verirəm” mövzusunda keçirilən  disput, “dəyirmi masa”,  oxucular konfransı,  ədəbi-bədii kompozisiya və “Sülh naminə birləşək!” mövzusunda rəsm müsabiqəsində minlərlə uşağın iştirakı təmin olunmuşdur.

“Beynəlxalq Sülh Günü” ilə əlaqədar keçirilən tədbirlərdə uşaq və gənclərdə qeyri-zorakılıq, sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhunu aşılamaq,  məktəblilərin  bədii-estetik səviyyələrini yüksəltmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və qabiliyyətlərinin daha da inkişaf etdirilməsinə nail olmaq ön plana çəkilib.

Təhsil müəssisələrində   “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş  tədbirlər davam etdirilir.