06.11.2015

Təhsil Nazirliyinin “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” mövzusunda keçirdiyi respublika müsabiqəsinə yekun vurulub

 

        Bakı şəhəri 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində qaliblərin mükafatlandırılması mərasimi keçirilib və eyni zamanda burada ən yaxşı işlərdən ibarət sərgi təşkil olunub. Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, internat nəktəbləri, yardaıcılıq mərkəzləri, ilk-peşə  ixtisas təhsili müəssisələrinin nümayəndələri və müsabiqə qalibləri iştirak ediblər.

 

        Müsabiqənin keçirilməsində məqsəd istedadlı uşaq və gəncləri üzə çıxarmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək, məktəbliləri yaradıcılıq dərnəklərinə daha geniş cəlb etmək, uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsini təşkil etməkdən ibarətdir. Artıq 4-cü dəfədir ki, keçirilən müsabiqədə bu il ilk dəfə olaraq respublikada fəaliyyət göstərən internat məktəbləri və ilk-peşə ixtisas təhsili müəssisələrinin şagirdləri də iştirak edib.

        Müsabiqə dekorativ tətbiqi sənət, dizayn, floristika nominasiyaları olmaqla 20 növ üzrə keçirillib. Müsabiqə rayon (şəhər) və respublika mərhələləri üzrə 2 mərhələdə təşkil olunub.

        Müsabiqənin ilk mərhələsinə 4 mindən yuxarı iştirakçı qatılıb. Müsabiqənin respublika mərhələsinə isə 1000-ə yaxın əl işi təqdim edilib. Münsiflər heyəti tərəfindən  81 qalib və 24 fəal iştirakçı müəyyən olunub.         Müsabiqənin Respublika mərhələsində I, II və III yerləri tutan iştirakçılar Təhsil Nazirliyinin diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

        Müsabiqə qaliblərinin və seçilmiş ən yaxşı işlərin fotolarından ibarət kataloq hazırlanır.