08.10.2015

“Diqqət uşaqlar” hərəkətin təhlükəsizliyi aylığı davam edir

 

Bakı şəhəri 21 və 28 nömrəli Uşaq Yaradıcılıq Mərkəzlərində “Diqqət  uşaqlar” adı altında tədbirlər keçirilmişdir. Tədbirlərin keçirilməsində məqsəd küçə və yollarda və  nəqliyyatın  daha çox olduğu yerlərdə uşaqların  təhlükəsizliyinin təmin edilməsi, onların həyat və sağlamlıqlarının qorunmasıdır.

Bu istiqamətdə keçirilən tədbirlərdə ərazi yol polisi əməkdaşları tərəfindən dərnək üzvlərinə yol hərəkəti qaydaları haqqında  ətraflı məlumatlar verilmiş, onlara təbliğat və təşviqat xarakterli jurnallar, bukletlər paylanmışdır.

Yol polisi əməkdaşları dərnək üzvlərinə piyada-sürücü münasibətlərində, yol mədəniyyətində daha diqqətli  olmağı tapşırmışlar.

Tədbirdə dərnək üzvləri yol hərəkəti  nişanları və nəqliyyat növlərinə aid  şeirlər və mahnılar ifa etmişlər.

Qeyd edək ki, bu məlumatlar uşaqlarda yol hərəkəti qaydaları ilə bağlı  tam təsəvvürün formalaşmasına, yol hərəkətində mədəniyyət səviyyəsinin yüksəlməsinə və bədbəxt hadisələrin sayının azalmasına şərait yaradır.