06.11.2015

Hərbi hissədə görüş

 

        Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 09 aprel 2015-ci il tarixli məktubuna əsasən, gənclərin hərbi xidmət həyatı ilə tanış olmaları üçün X-XI sinif şagirdlərinin zabit və əsgər heyəti ilə görüşlərinin keçirilməsi, hərbi hissələrdə şəxsi heyəti üçün yaradılmış təlim-tədris və məişət şəraiti ilə tanış olmaları məqsədilə oktyabrın 9-da 186 №-li tam orta məktəbin X-XI sinif şagirdləri Pirallahı rayonunda yerləşən hərbi hissənin zabit və əsgər heyəti ilə görüş keçirmişdir. Şagirdlər təlim-tədris və məişət şəraiti ilə yaxından tanış olmuş, zabit və əsgərlər tərəfindən əyani olaraq göstərilən hərbi biliklərə yiyələnmişlər.

        Görüş şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır. Görüşdə şagirdlərlə bərabər Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Seymur Yusibov, məktəb rəhbərliyi və bir qrup müəllim heyəti də iştirak etmişdir.