29.10.2015

Sınaq Qiymətləndirilməsinin keçirilmə qrafiki

 

           Ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə təhsil nazirinin “Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə” 07.10.2015-ci il tarixli, 994 nömrəli əmrinə əsasən, 29 - 31 oktyabr tarixlərində Bakı şəhərinin dövlət ümumtəhsil müəssisələrində çalışan və müxtəlif səbəblərdən əvvəlki qiymətləndirilmədə iştirak etməyən müəllimlərin bilik və səriştəsinin diaqnostik qiymətləndirilməsi keçiriləcəkdir.

           Qeyd edək ki, diaqnostik qiymətləndirilmə Azərbaycan  Dövlət  İqtisad  Universitetinin İçərişəhər metrosu yaxınlığında yerləşən əsas tədris binasında (Bakı şəhəri, İstiqlaliyyət küçəsi6) keçiriləcəkdir. Buraxılış şəxsiyyət vəsiqəsi əsasında aparılacaqdır. Şəxsiyyət vəsiqəsininin əslini təqdim etməyən şəxslər diaqnostik qiymətləndirilməyə buraxılmayacaqdır. Diaqnostik qiymətləndirilmədə iştirak edəcək müəllimlərin iştirak günü və saatı ümumtəhsil müəssisələrinin direktorlarına təqdim edilmişdir (müəllimlərdən qeyd edilən vaxtdan 30 dəqiqə əvvəl gəlmələri xahiş olunur).

          Əlavə olaraq, 29 - 31 oktyabr tarixlərində diaqnostik qiymətləndirilmədə iştirak edəcək müəllimlərin siyahısını (iştirak günü və saatı daxil olmaqla) sizə təqdim edirik.

 

          Sınaq Qiymətləndirilməsinin keçirilmə qrafiki