02.11.2015

Məktəblilər “Yaradıcı gənclərə dəstək olaq” layihəsinin fəal iştirakçılarıdır

           

            Bakı  Şəhəri  üzrə Təhsil  İdarəsinin  təşkilati  dəstəyi ilə  şəhərin  ümumtəhsil məktəblərində “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən “Yaradıcı  gənclərə  dəstək  olaq” layihəsi çərçivəsində tədbirlərə  başlanmışdır.

           Aztəminatlıailələrdən vəxüsusi qayğıya ehtiyacıolan yeniyetməvəgənclər arasında ixtisaslaşmışfəaliyyətlərin təşkili yolu iləgənclərin yaradıcılıq qabiliyyətinin vətəhsil imkanlarının artırılmasıməqsədilə keçirilən  layihədə  məktəblilər   fokus  qruplara bölünərək ayrı-ayrı  istiqamətlər üzrə öz bilik və bacarıqlarını təkmilləşdirirlər. 

           Layihədə  şəhərin  5, 99, 193, 212, 246 və 247 nömrəli ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri də fəal iştirak etmişlər.

           Dərs ilinin əvvəlindən  başlayan layihəyə  2015-ci ilin  noyabrın sonunda yekun vurulacaqdır.

           Təşkil olunacaq  yekun sərgidə  layihə müddətində  məktəblilərin  hazırladıqları  əl işləri nümayiş  etdiriləcəkdir.