04.11.2015

Təhsil müəssisələrində dahi bəstəkar Üzeyir Hacıbəyovun 130 illik yuileyi qeyd olunub

         

          Bakı  şəhəri  24, 42, 47, 128, 156, 168, 184  nömrəli tam orta məktəblər və  Yeniyetmələrin  23 nömrəli  Yaradıcılıq Mərkəzində musiqi mədəniyyətimizin  korifeyi Üzeyir bəy Hacıbəyovun  130 illik yubileyi münasibətilə  tədbirlər keçirilib.

          Tədbirlərdə bəstəkarın həyat və yaradıcılığı  haqqında  məlumat  verilib, yaxın şərqdə opera sənətinin banisi, Azərbaycanda isə musiqili komediya  janrının  yaradıcısı olan dahi bəstəkarın  digər janrlarda  yaratdığı əsərlərdən danışılıb.

         Tədbirdə görkəmli  sənətkarın Azərbaycan Respublikasının  Dövlət Himninin  musiqisini  yaratmağının  tarixi  əhəmiyyətindən bəhs edilib

      Məktəblilərin  ifasında unudulmaz bəstəkarın “Çırpınırdı Qara Dəniz”, “Qaragöz”, “Şəfqət bacısı” kimi heyrətamiz  əsərlər səsləndirilib, “Arşın mal alan”, “O olmasın, bu olsun” komediyalarından səhnəciklər canlandırılıb. 
         Yubiley münasibətilə keçirilən tədbirlərdə “Üzeyir bəy” filmi, “ Koroğlu” və “Leyli və Məcnun” operalarından qısa videosujetlər  nümayiş etdirilib.