18.11.2015

Milli iftixar hissi ən ülvi duyğudur

     

       “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı  148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn  vəzifələrin icrası barədə” Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən, ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində  “Milli Dirçəliş Günü”nə həsr olunmuş  “Milli iftixar hissi ən ülvi duyğudur” mövzusunda silsilə tədbirlər, konfranslar  keçirilmişdir.

       Tədbirlərdə  Ümummilli  lider Heydər Əliyevin  istiqlal mücadiləsində öz siyasi uzaqgörənliyi və müdrikliyi ilə xalqa göstərdiyi yoldan danışılmış, vətənpərvərlik hissinin ən ülvi duyğu olduğu vurğulanmış, şagirdlərə bu günün tarixi əhəmiyyəti ilə  bağlı   geniş məlumat verilmişdir.

       Milli Dirçəliş Günü münasibətilə keçirilən tədbirlərdə məktəb şagirdlərinin və dərnək üzvlərinin maraqlı və yadda qalan çıxışları dinlənilmiş, videomateriallar izlənilmiş, məktəblilər arasında geniş diskusiya aparılmış və onların ifasında ədəbi-bədii kompozisiya göstərilmişdir.

         ­