18.11.2015

Şəhər məktəbliləri milli-mənəvi dəyərlər haqqında düşüncələrini öz inşa yazılarında əks etdiriblər

       

        Noyabrın 17-də  Bakı şəhəri ümumtəhsil məktəblərinin  IX-XI sinif şagirdləri arasında “Milli-mənəvi dəyərlər haqqında  düşüncələrim” mövzusunda inşa yazı müsabiqəsinin şəhər turu keçirilmişdir.

        Müsabiqədən öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar  fəaliyyətin təşkili sektorunun  əməkdaşları çıxış etmiş, “Milli Dirçəliş Günü” münasibətilə  məktəbliləri təbrik edərək təhsillərində uğurlar arzulamışlar.

         İnşa yazı müsabiqəsinin məhz  17 noyabr tarixində keçirilməsinin əsas səbəbi məktəblilərə bir daha Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılan  milli azadlıq hərəkatının  nəticəsi olaraq  1992-ci ildən qeyd olunmağa başlamış “Milli Dirçəliş Günü”nün əhəmiyyətini vurğulamaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq və milli atributlara hörmət hissini  aşılamaq olmuşdur.

           Bakı  şəhəri 7 nömrəli tam orta məktəbdə keçirilən müsabiqədə 167 şagird  iştirak etmiş, şəhər məktəbliləri milli-mənəvi dəyərlər haqqında  düşüncələrini  öz inşa yazılarında əks etdirmişlər.

          Qeyd edək ki, yazılar  yoxlandıqdan sonra 10 ən yaxşı inşa Təhsil nazirinin müvafiq əmrinə əsasən, Respublika turunda iştirak etmək hüququ qazanacaqdır.