20.11.2015

Bakı şəhəri ümumtəhsil məktəblərində “Su qoruqçuları” adlı ekologiya dərsləri keçirilib

 

    Məktəblilərdə planetimizdəki su ehtiyyatlarına  məsuliyyətlə yanaşmanı  formalaşdırmaq, eləcə də gündəlik  həyatlarında suyu qoruyub saxlamağı  öyrətmək məqsədilə  PepsiCo şirkəti və  “EKA” Yaşıl Hərəkatının dəstəyi ilə “Su qoruqçuları” adlı Beynəlxalq ekologiya dərsləri keçirilib. Layihədə  5-9-cu sinif şagirdləri iştirak ediblər.

    Ekologiya dərsində  şagirdlər  maraqlı oyunlar oynayıb, yaradıcılıq tapşırıqlarını yerinə yetirərək  bu mövzuda  fikrinlərini bildiriblər.

     Qeyri-adi maarifləndirici layihə olan “Su qoruqçuları”nda iştirakçılar  su barədə maraqlı faktlarla tanış olub və  əvəzsiz sərvəti qorumağın yollarını mənimsəyiblər.

       Dərsin sonunda şagirdlər evdə, məktəbdə və təbiətdə suyun qorunması üçün model cib kitabçası hazırlayıblar.

       Lahiyədə iştirak edən məktəblər ekologiya dərsi barədə fotohesabat təqdim etməklə sertifikat və təşəkkür məktubları alıblar.

       Qeyd edək ki, layihədə iştirak etmək üçün Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Belarusun məktəbləri də dəvət olunub.

      İştirakçı məktəblər layihənin beynəlxalq onlayn-xəritəsində qeyd olunacaq və dərslərdəki ən yaxşı şəkillər layihənin beynəlxalq onlayn-albomuna düşəcəkdir.