11.12.2015

Badminton üzrə Azərbaycan çempionatına yekun vurulub

 

       27 noyabr 1 dekabr tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin idman zalında badminton idman növü üzrə Azərbaycan çempionatı keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda respublikanın şəhər və rayonlarından I idman dərəcəsi və ondan yuxarı idman dərəcəsi normasını yerinə yetirmiş idmançılar iştirak ediblər.Ümumilikdə çempionatda 16 kişi və 12 qadın idmançı öz gücünü sınayıb. 

     Badminton idman növünün yeniyetmələr və gənclər arasında inkişaf etdirilməsi, ölkənin ən güclü idmançılarının müəyyən edilməsi, beynəlxalq  yarışlarda  iştirak edəcək komandanın formalaşdırılmasını təmin etmək məqsədilə keçirilən çempionat 5 kateqoriya üzrə təşkil olunub.

     Qeyd edək ki, Bakı şəhəri 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər (İOEUG) Tennis İdman Məktəbinin komandası badminton idman növü üzrə keçirilən Azərbaycan çempionatında uğurla iştirak ediblər. Təkbətək yarışlarda 7 nömrəli İOEUG Tennis İdman  Məktəbinin idmançılarından Mehdiyeva Adilə II,  qızlar arasında cütlük yarışlarında isə Mehdiyeva Adilə - Vlasyuk Alla II yerə layiq görülüblər.