16.12.2015

275 nömrəli məktəbdə “Açıq qapı” günü keçirilib

 

     Uğurlu nəticə qazanmış məktəblərin təcrübəsinin öyrənilməsi istiqamətində “Nəzəriyyədən təcrübəyə” adlı “Açıq qapı” günü layihəsi davam edir.

        Dekabrın 22-dək  davam edəcək layihə Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş məktəblərin qabaqcıl təcrübəsinin təbliğ və tətbiq olunması istiqamətində həyata keçirilir.

      Nəzərinizə çatdıraq ki, bu gün Suraxanı rayonu üzrə 275nömrəli məktəbdə“Açıq qapı” günü keçirilib. “Açıq qapı”  günü bir neçə sessiya  əsasında təşkil edilib. Belə ki, “Açıq qapı” günündə Suraxanı rayonu üzrə direktorların, psixoloqların, təşkilati işlər üzrə direktor müavinlərinin və ibtidai sinif müəllimlərinin sessiyaları baş tutub. Sessiyalarda BŞTİ-nin rəsmi nümayəndələrinin, məktəb nümayəndələrinin, eskpertlərin təqdimatları dinlənilib, müzakirələr aparılıb.  Eyni zamanda, açıq qapı günündə  biologiya, riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə açıq dərslər keçirilib. 

      Qeyd edəki ki,  “Açıq qapı” günlərində iştirak etmək istəyən müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri üçün də şərait yaradılır. Bakının 12 rayon üzrə keçirilən “Açıq qapı” günlərində baş tutan müxtəlif sessiyalarda və açıq dərslərdə iştirak etmək istəyən şəxslər Gulshen.Huseynli@bakuedu.gov.azemail ünvanına müraciət edə bilərlər.

        Açıq qapı günlərində aşağıdakı sessiyalar keçirilir:

1. Direktorlar sessiyası

2. Psixoloqlar sessiyası

3. İcma ilə iş və  Məktəbdənkənar fəaliyyətin təşkili sessiyası

4. Fənn müəllimlərinin (riyaziyyat, fizika, kimya, biologiya, informatika) sessiyası

5. İbtidai sinif müəllimlərinin sessiyası

Qeyd edək ki, artıq Nəsimi, Nərimanov, Sabunçu, Səbail , Xətai, Yasamal və Nizami rayonları  rayonları üzrə Açıq qapı günləri keçirilib.